Cümə axşamı , Oktyabr 29 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadə zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadə dünən martın 8-də yenidən rejimin Əhər şəhərində yerləşən zindanına qaytarılıb.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadə martın 1-də 100 milyon tümən girov qarşılığında Əhər zindanından bir həftəlik məzuniyyətə buraxılmışdı.

İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün İranın məhkəmə hökmlərini icra edən məmurları tərəfindən Əhər şəhərində yaxalanmışdı.

Azərbaycanlı fəal İsrafil Fətullahzadə 2015-ci ilin noyabr ayında İran televizyasının “Fitilə” proqramında türklərintəhqir edilməsinə qarşı keçirilən etirazlarda yaxalanmışdı.

Azərbaycanlı fəal bundan öncə 2014-cu il fevral 20-də “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …