Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycan Şəhid Mədəni Universitetinin türk tələbələrindən türkcə təsil tələbi ilə etiraz-Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Şəhid Mədəni Universitetinin türk tələbələri Azərbaycan türkcəsində təsil tələbi ilə etiraz aksiyası keçiriblər. Onlar Azərbaycan türkcəsi kafedrasının yaradılmasını və türk dilində təhsil etməyi tələb ediblər.

Universitetin Ədəbiyyat Fakültəsinin binasında keçirdikləri etirazda azərbaycanlı tələbələr “Azərbaycna var olsun-istəməyən kor olsun”, “Ölüm olsun faşistə” və “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarları yazılan plakardlar qaldırıb, şüarlar səsləndiriblər.

Universitetin direktoru Həsən Vəlizadə etirazçı tələbələrin qarşısına çıxaraq türk dilinin tədrisinə və Azərbaycan türkcəsi dekanlığının yaradılmasına söz verib.

Qeyd edək ki, bu Universitetin tələbələri bir müddət öncə rəsmi məktub yazaraq, Universitetin rəhbərliyindən Azərbaycan türkcəsində fənnin tədrisinə icazə verilməsini tələb etmişdilər.

Tələbələr etirazın sonunda öz tələblərinə dair bəyanatı oxuyublar:

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın