Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Türkiyə ordusundan Afrində yeni qələbə

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Cinderesin yaxınlığındakı Mahmudiyə kəndini terrorçulardan təmizləyib. Ordu həmçinin Amara təpəsinə nəzarəti də ələ keçirib.

Hazırda türk hərbçilərinin və Azad Suriya Ordusunun Afrinə doğru xeyli irəlilədiyi bildirilir.

Bu arada Türkiyə isə ABŞ-a mesaj göndərərək, sizə inanmırıq, Menbiçə girirəcəyik deyib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib: Bizim ABŞ-dan gözləntilərimiz bəllidir. Artıq vəd yox, konkret addımların atılmasını istəyirik.

“ABŞ bizə verdiyi sözləri tutmadı. Sözünün üstündə durmayan bir ölkəyə necə güvənəcəyik? ABŞ-la əlaqələr ya düzələcək, ya da tamamilə qopacaq. Rəsmi Vaşinqton Menbiçdə lazımı addımları atmasa, biz atacağıq”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, Çavuşoğlu bundan öncəki açıqlamasında eyni mesajları versə də, konkret hədəf göstərməmişdi.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Bir cavab yazın