Bazar , Oktyabr 25 2026
azfa

Pentaqondan kürd terror təşkilatlarına silah vermə barədə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu YPG-yə verilən silahların doğru məqsədlə istifadə edildiyindən əmin olmaq üçün avadanlıq və ləvazimatlar işarələnib. Bu barədə Pentaqonun Baş Müfəttişliyinin hesabatında bildirilib.

Hesabatda həmçinin ABŞ-ın Suriyada indiyə qədər 12.500 nəfərə təlim keçdiyi və bunlardan 11 mininin Suriya Demokratik Qüvvələrinin üzvü olduğu bildirilib.

PKK-PYD terror qruplaşmasının qolu sayılan SDQ üzvlərindən ibarət 3 min nəfərlik Rakka Daxili Təhlükəsizlik Qüvvələri yaradıldığı da qeyd olunub.

Hesabatda xüsusən terrorçu PYD-yə verilən və işarələnən silahları Pentaqonun izlədiyi vurğulanıb.

Bu arada isə Yaxın Şərqlə bağlı proseslər üçün ABŞ-ın 7 trilyon xərclədiyi məlum olub. ABŞ prezidenti Donald Tramp çıxışı zamanı məsələyə etiraf edərək, bunun böyük bir xəta olduğunu qeyd edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın