Şənbə , Oktyabr 24 2026
azfa

Türkiyə F-35-i modern PUA-larla əvəz edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Pentaqonun Türkiyəni F-35 proqramından çıxarmasına münasibət bildirərkən deyib ki, F-35 qırıcılarının verilməməsi Türkiyə üçün dezavantaj kimi görünsə də, sabah milli müdafiə sənayemiz üçün ən yaxşı şeylərdən biri ola bilər.

O qeyd edib ki, Türkiyənin belə bir qırıcıya sahib olması üçün 15-20 il vaxt lazımdır:

“İstehsal olunacaq milli platformanın ümumi xərcləri hər halda F-35-dən az olacaq. Ancaq 15-20 ilə hazırlayacağımız təyyarə o zamana qədər istehsal edilən müasir təyyarələrdən bir nəsil geridə qala bilər. Bunun əvəzinə gələcəyin oyun dəyişdirən gücü olan az xərcli, süni zəka ilə təchiz edilmiş pilotsuz qırıcılara üstünlük verməliyik. Bununla PUA texnologiyamızda olduğu kimi, bu sahədə də dünya liderləri arasına daxil ola bilərik. Son 4-5 ildə “Akıncı” layihəsinin və pilotsuz uçuç aparatlarının hazırlanmasını sürətləndirmişik. Biz 2023-cü ildə onun prototipinin ilk uçuşunu reallaşdırmağı hədəfləmişik”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …