Çərşənbə , Oktyabr 21 2026
azfa

Təbrizdə əczaçı öyrəncilər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Tibb Universitetinin əczaçı öyrənciləri etiraz aksiyası keçiriblər.

Etirazşılar Təbrizin Tibb Universitetinin Qida və Dərman Korpusunun binası qarşısına toplaşaraq hüquqlarının pozulmasına etiraz ediblər.

Öyrəncilər Təbrizin Aptekçilər Cəmiyyətinin məsələyə etinasızlığını qınayıblar.

Etirazçılar üzərində “Təbrizin əczaçıları və Təbriz Tibb Universitetinin əczaçı öyrənciləri əczaçılıq peşəsinin acınacaqlı durumdan qurtulması və ölkənin sağlıq məsələsinin yaxşılaşması üçün, İranın Aptekçilər Cəmiyyətinin quruluşu və əsasnaməsinə ümumi dəyişiklik edilməsini istəyirik” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …