Çərşənbə , Fevral 5 2025
azfa

Vaşinqtonda Azərbaycan və Türk türkləri birgə aksiya keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “erməni soyqırımı”nın 106-cı ildönümü ilə bağlı aksiya keçirilib.

Aksiyada bir neçə saat öncə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə həsr olunmuş nitqində erməni yalanlarını “soyqırım” kimi qələmə verib.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.

Türk, mesxeti türkü və Azərbaycan icmalarının nümayəndələri küçənin o biri tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər və 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı keçirtdiyi terror kampaniyaları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər. Türk və Azərbaycan icma nümayəndələri Co Baydenin bəyanatına qəti etirazını bildiriblər.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.

Həmçinin yoxlayın

Azərbaaycan sərnişin təyyarəsinə Rusiyada kənar müdaxilə edildiyi açıqlandı

GADTB: Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. …

Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə sənayesində əməkdaşlıq daha çox institusionallaşmış hala gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində …