Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Azərbaycanlı gənclər Urmiyada fars şairlərin adı verilmiş küçələrin tablolarını etiraz olaraq dağıtdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı gənclər Urmiyada fars şairləri “Hafiz”, “Sədi” və “Firdovsi”nin  adı verilmiş küçələrin tablolarını etiraz olaraq qaralayıb və Azərbaycan şairi Füzulinin adını yazıblar.

Beləliklə azərbaycanlı gənclər İran rejiminin telekanalının Azərbaycan şairinə qarşı hörmətsizliyinə etiraz ediblər.

Qeyd edək ki, İranın “Kanal 4” televiziya şəbəkəsi Azərbaycan şair, mütəfəkkir və filosofu Məhəmməd Füzulinin əsərlərində ədəbi oğurluğun olduğu qeyd edilib. Belə ki, şairin Saib Təbriziyə aid farsca şeirləri türkcəyə çevirdiyi və öz imzası ilə yaydığı vurğulanıb. Telekanalın bu qondarma iddiaları ictimai şəbəkələrdə geniş qalmaqala səbəb olub.

Ancaq məsələ burasındadır ki, İranın bütün qərəzli təhrifləri kimi bu iddia da yalan və təhrif olub. Çünki, Saib doğulmadan 37 il öncə Füzuli dünyasını dəyişmişdi.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …