Çərşənbə , May 8 2024
azfa

İranın Qarabağda ermənilərə daşıdığı gizli yüklər Azərbaycan mətbuatında əks etdirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Qarabağda ermənilərə daşıdığı gizli yüklər Azərbaycan mətbuatında əks etdirilir. Artıq İranın Azərbaycana qarşı erməni sevgisinə alışan Azərbaycan mətbuatı bu qanunsuzluğu adi qarşılamaqdadır.

İranın Ermənistan üzərindən Qarabağa “yardım” göndərməsi haqda yayılan görüntülər təəccüblü deyil. İşğal dövründə Xankəndidəki separatçılarla geniş biznes əlaqələri quran, Qarabağı “pulların yuyulması” mərkəzinə çevirən ölkədən bəhs edirik.

Burada əsas məqam yüklərin nədən ibarət olmasıdır.

Rusiyadan Ermənistana göndərilən hərbi yük (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmadı. Bu xəbərin ardınca İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülər yayıldı. İstisna deyil ki, İranın “yardım” adı altında apardığı yük Gürcüstandan buraxılmayan hərbi yükdür, yaxud həmin zirehli gödəkçələr bu “yardım”ın arasına “qarışıb”. O da istisna deyil ki, iki TIR dolusu zirehli gödəkçə Xankəndidəki separatçıların yaratdığı yeni silahlı qruplaşmalar üçün nəzərdə tutulur.

Tovuz döyüşlərində və sonrasında Rusiyadan Ermənistana daşınan hərbi yüklər Gürcüstan icazə vermədiyi üçün İran üzərindən aparılırdı. Görünür, eyni təcrübədən yenidən yararlanırlar.

İran “yardım” adı altında Qarabağa girişi ilə onu işğaldan azad olunmuş ərazilərin bərpasına haqlı olaraq yaxın buraxmaq istməyən Bakıya da mesaj verir.

Həmçinin yoxlayın

Sülhməramlıların son partiyası Qarabağı tərk edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya sülhməramlılarının son partiyası Qarabağı tərk edir. Bununla …

Azərbaycanlı fəallar məzuniyyətə çıxan Əli Razizadə Nadarlı ilə görüş təşkil etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal yenicə məzuniyyətə çıxan azərbaycanlı …