Cümə axşamı , Oktyabr 29 2026
azfa

GADTB və Avstraliya-Azərbaycan Assosasiyasının Phillip Ruddock İnanla görüşü

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamenti sədri və Avstraliya-Azərbaycan Assosasiyası prezidenti sayın Mikayıl Oyta, eləcə də GADTB və Avstraliya-Azərbaycan Assosasiyasının üzvləri vəkil Cesika xanım və Roza xanım Avstraliyanın keçmiş imiqrasiya naziri və qocaman siyasətçi, Sidney bələdiyyə başqanı sayın Phillip Rudockla görüşüblər.

Mayın 7-də baş tutan görüşdə müxtəlif məsələlər, o cümlədən Güney Azərbaycanın İran işğalı altında olması və azərbaycanlı fəalların həbs və işgəncələrə məruz qalması, İranın işğalçı Ermənistana yardım etməsi, Azərbaycanın 44 günlük II Qarabağ savaşında BMT-nin qətnamələrini özü tək başına icra edərək öz ərazilərini işğaldan azad etməsi, Ermənistanın isə sivil azərbaycanlıları hədəf almaqla cinayət törətməsi və s. məsələlər müzakirə edilmişdir.

Eyni zamanda görüş zamanı sayın Mikayıl Oyta GADTB və Avstraliya-Azərbaycan Assosasiyası tərəfindən cənab Phillip Ruddock İnana Azərbaycanın haqlı mövqeyini təstəklədiyi üçün təşəkkür etmişdir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …