Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejim Qəzvində azərbaycanlı milli fəal Əli Əsədinin mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi far rejim qəzvinli milli-mədəni fəalı “Sistemə qarşı təbliğat”da ittiham edərək mühakimə etdi.

Güney Azərbaycanın Qəzvin şəhərindən olan azərbaycanlı fəal Əli Əsədi ötən həftə rejimin Qəzvindəki İnqilab və Ümumi Məhkəməsinin 3-cü istintaq şöbəsi tərəfindən aldığı çağırışa əsasən bu gün mayın 23-də ona qarşı irəli sürülmüş “Sistemə qarşı təbliğat” ittihamı ilə bağlı son müdafiəsini etmək üçün rejimin məhkəməsində olub.

Azərbaycanlı fəal yanvar ayının 26-da sosial mediada “Sistemə qarşı təbliğat” ittihamı ilə Qəzvin şəhərində təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq, 5 günlük dindirmədən sonra 50 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycanın Qəzvin bölgəsində mədəni fəaliyyətləri hədəf almışdır. “Varıq” mədəni qurumunun fəaliyyətinə və türk dili kurslarının qurulmasına icazə verilməməsi, sosial media qəzvinli fəallara qarşı qondarma “milli münaqişə yaratmağa cəhd” ittihamları ilə cinayət işinin açılması, “Traxtur” klubunun tərəfdarlarına qarşı təhlükəsizlik təşkilatının basqıları və s. rejimin bu bölgədə azərbaycanlı fəallara qarşı represiya siyasətinin bir hissəsidir. 

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …