Cümə , Oktyabr 23 2026
azfa

Təbrizdə Abbas Lisani və aclıq edən siyasi məhbusların şəkilləri divarlara vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəallar Abbas Lisani və ona dəstək məqsədilə aclıq aksiyası keçirən fəalların şəkillərini və müxtəlif posterlər divarlara yapışdırdılar.

İrqçi fars rejimin Ərdəbildəki zindanında təzyiqlərlə qarşılaşdığı üçün aclıq aksiyasına keçirən Abbas Lisani və daha bir neçə azərbaycanlı siyasi məhbusun şəkilləri Təbriz şəhərinin divarları və seçki posterləri tablolarını bəzəyib.

Azərbaycanlı milli-mədəni fəallar bu yolla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Qeyd edək ki, iyunun 12-dən aclıq aksiyasına başlayan Abbas Lisani və Yusif Kariyə daha sonra dəstək və həmrəylik məqsədilə daha üç azərbaycanlı siyası məhbus Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi də qoşulub. Bu gün isə Evin zindanında həbsdə olan daha üç azərbaycanlı siyasi məhbus da qoşulub.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …