Cümə axşamı , May 2 2024
azfa

Xameneinin qaniçən Rəisini prezident etməsinə dünyada kəskin reaksaiyalar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneinin seçki oyunu ilə qaniçən Rəisini prezident etməsinə beynəlxalq aləmdə etiraz və kəskin reaksiyalar davam edir.

Amnesti İnternational, digər beynəlxalq təşkilatlar və bir sıra Qərb ölkələrindən sonra ABŞ-da senatorlar da Rəisinin İran prezidenti olmasına sərt reaksiya göstəriblər.

İran mediaları Əli Xameneiyə yaxın radikal namizəd İbrahim Rəisinin İranda prezident olduğunu elan etdikdən sonra bir qrup amerikalı siyasətçi buna kəskin təpki göstərib və Bayden dövlətini İran rejimi ilə razılaşmaqdan imtina etməyə çağırıb.

Güney Karolina əyalətindən görkəmli senator Lindsey Qraham İbrahim Rəisinin İranın yeni prezidenti olması ilə bağlı, 2015-ci il atom anlaşmasını canlandırmağa çalışdığı üçün Bayden dövlətini kəskin tənqid edib.

“New York Post” qəzetinin yazdığına görə, Qraham “Fox News”a müsahibəsində deyib: “İranda seçiləcək bir mötədil şəxs yoxdur. Xamenei İrana hökmranlıq edən dini nasistdir. İranı dini fanatiklər idarə edirlər. Mən bilmirəm, dünyanın ən böyük teror dəstəkçisi hökumətinin geniş şəkildə uranyomu zənginləşməsinə dünya niyə icazə verir”.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …