Azərbaycanlı fəallardan Ərdəbildə işçilərin etirazlarına dəstək aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar iyulun 1-də Ərdəbildə işçilərin etirazlarına dəstəkməqsədilə çoxsaylı posterlər çap edərək şəhərin müxtəlif yerlərinə yapışdırdılar.

Azərbaycanlı fəallar bu məqsədlə şəhərin müxtəlif park və küçələrində divarlara, eləcə də oturacaqlara türk və fars dillərində posterlər yapışdərmaqla tətil aksiyasına qoşulan işçilərin haqlı istəklərinə dəstək veriblər. Beləliklə iki dildə vərəqələr yayan azərbaycanlı milli fəallar İran rejiminin ədalətsiz siyasətinə etirazlarını bildiriblər.

Qeyd edək ki, İranda sığort edilmiş işçilərin minimum əmək haqqı 3.500.000 tüməndir (140 $). Bu da İranda yoxsulluq həddinin yarısından azdır.

Əmək Nazirliyinin nəzarəti xaricindəki iş yerlərində işləyən və sığortası, eləcə də əmək müqaviləsi olmayan fəhlələrin vəziyyəti isə daha acınacaqlıdır. 2019-cu ilin avqust ayında Ali İş Şurasının üzvü Əli Xudai belə işçilərin sayının 3,5 milyon nəfər olduğunu bildirmişdi.

Bu acıqnacaqlı vəziyyət, eləcə də işçilərin işdən çıxarılması, əmək haqlarının verilməməsi onların etirazlarına səbəb olub. Bir çox müəssisənin işçiləri artıq tətillərə başlayıb.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …