Bazar , Avqust 23 2026
azfa

Amnesti İnternational: İbrahim Rəisinin qərarı ilə İranda 264 nəfərin əli kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisinin İranın məhkəmə orqanlarında ən yüksək postlarda çalışdığı illərdə 264 nəfərin əlinin kəsilməsinə qərar verdiyini bildirib.

Məlumatlara görə, məhkumların əlinin kəsilməsi hökmü İbrahim Rəisinin çıxardığı qəddar qərarlardan biridir. Beynəlxalq Əfv Təşkilatının raporunda deyilir ki, İranın yeni prezidenti seçilən Rəisinin 264 nəfərin əlinin kəsilməsinə dair çıxardığı qərarlardan indiyədək 129-u təsdiq və icra edilib.

Məlumata görə, insan barmağını kəsmək üçün Giyotinə bənzər özəl aparatın Urmiya  zindanına aparılıb və daha altı nəfər bu qeyri-insani hökmün icrasını gözləyirdi.

Qeyd edək ki, 2010-cu ildə İran məhkəmə sisteminin başçısının birinci müavini olmuş Rəisi demişdi: “Əl kəsilməsi qərarı bizim qürur mənbəimiz sayılır”.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …