Bazar ertəsi , May 6 2024
azfa

Ermənistanı himayə edən İran gəlir əldə etmək üçün azad olunan Azərbaycan ərazilərinin yaxınlığında bazar açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanı hər cəhətdən himayə edən İran rejimi gəlir əldə etmək məqsədilə Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir.

Trend-ə açıqlamasında bu barədə Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib.

Ə.Cahangirinin sözlərinə görə, Şərqi Azərbaycan vilayətində sənaye sektoru və tikinti materiallarının istehsalı üzrə yetərincə potensial mövcuddur. Azərbaycanın azad olunmuş ərazilərində quruculuq işlərində Şərqi Azərbaycan vilayətinin şirkətləri iştirak edə bilərlər. İran şirkətləri bu ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə maraq göstərirlər.

Cahangiri əlavə edib ki, Azərbaycanda baş tutan görüşlərdə müzakirə olunan məsələlərdən biri azad olunan ərazilərin yaxınlığında tikinti materialları bazarının yaradılmasıdır. Belə ki, bu bazar vasitəsi ilə daşıma xərclərinin minimuma enəcəyi hesab edilir. Təbii ki, həm Azərbaycan tərəfi, həm də İran tərəfi bununla əlaqədar araşdırmalar aparacaqlar.

İran rəsmisi deyib ki, bölgədə yaranan yeni reallıqdan sonra İran iş adamları, eləcə də Azərbaycan iş adamları qarşılıqlı imkanların yarandığını bilirlər və bu çərçivədə əlaqələri inkişaf etdirmək niyyətindədirlər.

Cahangiri bildirib ki, bundan başqa İranın sənaye məhsullarının noyabr ayında Bakıda keçiriləcək sərgidə nümayiş etdirilməsi ilə bağlı işlər aparılır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …