Ərdoğanın Kipr mesajı bir sıra ölkələri təlaşa saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın önümüzdəki günlərdə Şimali Kiprə edəcəyi səfər və “İyulun 20-də bütün dünyaya lazımi mesajları verəcəyəm” açıqlaması ABŞ, Avropa Birliyi, Yunanıstan və Cənubi Kipri təlaşlandırıb.

BBC Ərdoğanın səfər çərçivəsində Keçidqalada dron bazasının qurulduğunu açıqlayacağını iddia edib.

BBC qeyd edib ki, Cənubi Kipr əməliyyatlarının 47-ci ildönümündə reallaşacaq səfər zamanı AB və ABŞ-ın diqqəti adada olacaq. Mənbə, eyni zamanda, Ərdoğanın Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yönündə mühüm mesajların verəcəyini də istisna etməyib.

Yunan mətbuatı Türkiyənin Kipr adası yaxınlığında yeni təbii qaz ehtiyatları tapdığını iddia edib. Cənubi Kipr və Yunanıstan Ərdoğanın səfər çərçivəsində bunu açıqlayacağından narahatdır.

Yunanıstanın “Kathimerini” qəzeti isə Türkiyənin qazma gəmilərinin yenidən Aralıq dənizinin şərqində fəaliyyətə başlayacağını yazıb.

Yunanıstan və Cənubi Kipri narahat edən bir başqa məsələ də Türkiyənin adanın şimalında daimi hərbi bazalar qurma ehtimalıdı ilə bağlıdır.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …