Təbrizdə azərbaycanlı siyasi məhbusla bağlı şüarlar: “Azərbaycanın gözü qaranlıqdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 13-də Təbriz şəhərinin bir qrup azərbaycanlı milli-mədəni fəall Tehran zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə divarlara şüarlar yazıblar.

Azərbaycanlı fəallar həmin azərbaycanlı siyasi məhbusun sağlıq durumunun təhlükəli olması, xüsusilə gözünün işgəncə nəticəsində göznünün görmə qabiliyyətini itirməkdə olduğunu nəzərə çap eidb yaydıqları poster və vərəqələrdə “Yurdumuzun gözü qaranlıqdır” və “Azərbaycanın gözü qaranlıqdır”  şüarları yazıblar.

Bir neçə gün öncə isə Təbriz, Ərdəbil, Mərənd və başqa  şəhərlərdə azərbaycanlı milli-mədəni fəallar Əlirza Fərşiyə azadlıq tələbilə oxşar aksiyalar keçirmişlər.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …