Cümə axşamı , Sentyabr 10 2026
azfa

Güney Azərbaycanda ərəblərin etirazlarına himayə çağırışı: Gün, birlik günüdür

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda sosial şəbələrdə Əl-Əhvaz ərəblərinin etirazlarını himayə çağırışı yayılıb. Çağırışda deyilir:

 Sənaye və ticarətin altyapısı məhv edən eləcə də təbii və yeraltı sərvətləri talayan  Azərbaycana qarşı irqçi və ayrı-seçkilik siyasətinə etiraz olaraq hamımız yekdilliklə qışqıracağıq.

Yoxsulluq və işsizlik, məcburi vergilər, sənayein çökməsi, yeraltı sərvətlərin talan edilməsi və Azərbaycanın təbii ekosisteminin məhvi, Azərbaycan ailələrinin yoxsulluğu Azərbaycana qarşı irqçi siyasətinin nəticəsidir.

Hamımız görürük ki, qeyrətli ərəb Əl-Əhvaz milləti etirazlarına “su qiyamı” şəklində başlayıb.

Azərbaycan ayrıca ayrı-seçkiliyə, işsizliyə, yoxsulluğa və milli sərvətinin talan edilməsinə etiraz əlaməti olaraq ayağa qalxır.

 Bu fəryad “mərkəzçilik və irqçi habelə şevonist sistemə böyük bir “Yox” deməkdir.

 Ayrı-seçkiliyə etiraz etmək hamımızın borcudur.

 Beləliklə hamımız “Azərbaycan adına” ayağa qalxaq.

 Azərbaycan Milli Hərəkatı

 Görüş vədi:

 Şənbə:  Mordadın 2-i

 18.00

 Məkan:

 Təbriz: Bazar ağzı

 Urmu: Mərkəz Meydanı – İmam Küçəsi

 Marağa: Müslüm meydanı

 Ərdəbil: Şəriəti meydanı

 Zəngan: Səbzə Meydan

Gəlin Azərbaycanın milli şüarlarını səsləndirək

Etiraz mitinqlərində iştirak etmək və bu çağırışı çoxaltmaq və yaymaq hər bir azərbaycanlının milli borcudur

 Toplantılarda maskalardan istifadə etməyi unutmayın.

 Şüarlar:

 1- Azərbaycan, Əl-Əhvaz, ittihad -ittihad

 2- Haray- haray mən türkəm

 3- Xəlice Ərəbi “Ərəb körfəzi”

 4- Təbriz Bakı Ankara

 Biz Hara Farslar Hara

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …