Çərşənbə , Sentyabr 9 2026
azfa

Azərbaycanlı fəal Salar Tahir Əfşar xüsusi nəzarətlə ev dustaqlığına buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar ayağına bağlanan elektron qandalla ev dustaqlığına buraxıldı.

İyulun 19-da ev dustaqlığına buraxılan azərbaycanlı fəal məhkəmə sistemi və zindan rəsmiləri tərəfindən nəzərdə tutulan ərazidən qırağa çıxmamalı, həbs dövrü bitənə kimi daima elektron qandalla yaşamalıdır.

Qeyd edək ki, Tahir Əfşar aprelin 19-da atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiya həbsxanasına köçürülmüşdü.

Urmiya sakini olan türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib. Urmiya həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …