Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İranın dəstəyilə Əfqanıstanı işğal edən Taliban terror qruplaşması Türkiyənin Əfqanıstan qərarına qarşı çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Taliban Türkiyənin Əfqanıstana əsgər göndərməsinə icazə verməyəcək.

Bu açıqlama ilə Taliban terror qruplaşmasının sözçüsü Zabiulla Mücahid çıxış edib.

“Artıq Türkiyənin mövqeyini rədd etdik və bildirdik ki, ABŞ-ın hərbi personalı Əfqanıstandan çəkildikdən sonra başqa xarici qüvvələrin bu bəhanə ilə bu ölkədə qalmasına icazə verməyəcəyik. Türkiyənin qərarına qarşıyıq. Əgər danışıqlarda irəliləyişə töhfə verərsə və Əfqanıstandakı vəziyyəti düzəldə bilərsə, bunu alqışlayarıq, ancaq Türkiyənin Əfqanıstanda olmasına icazə vermərik”, – Mücahid qeyd edib.

Həmçinin yoxlayın

İranın Kəşfiyyat Nazirliyi Qəzvində dekabr etirazları ilə əlaqədar 39 nəfərin saxlanıldığını açıqlayıb

GADTB: Molla rejimin Kəşfiyyat Nazirliyi 1404-cü ilin dekabr ayında baş vermiş etirazlarla əlaqədar Qəzvin vilayətində …

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …