Şənbə , Avqust 29 2026
azfa

Sulduzda yerli əhali terrorçu kürdlərin hücumu və iğtişaşına qarşı etiraza qalxdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində terrorçu və mühacir kürdlərin hücumu və törətdiyi iğtışaş yerli əhalinin etirazına səbəb olub.

Əldə edilən məlumata görə, terrorçu kürd təşkilatlarından Kürdüstan Demokrat Partiyasının üzvləri və havadarları Sulduz şəhərində şəxsi zəmində baş verən münaqişəni bəhanə edərək bu Azərbaycan şəhərinə hücum edib və iğtişaş törətməyə başlayıblar.

İğtişaş törədən mühacir və terrorçy kürdlər “Nəqədə Kürdüstandır” şüarları səsləndirib və şəhərin millət vəkilinin qarşı ifadələr işlədiblər.

Terrorçu kürdlərin törətdiyi iğtişaşlar zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Terrorçu kürdlərin şəhərə hücumuna qarşı Sulduzda yerli Azərbaycan türkləri etiraz mitinqi keçiriblər. Onların kürdlərin Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi pisləyərək bu istiqamətdə şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …