Azərbaycanlı gəncin Azərbaycan-Türkiyə arasında “ana dili hüququ” şüarı ilə velosiped yürüşü davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı gənc Əli Həmzəzadə Antalyadan başlayaraq Azərbaycan-Türkiyə arasında velosiped yürüşünə davam edir.

Antalyanın Akdeniz Universitetindən hüquq üzrə doktorant olan Əli Həmzəzadə iyulun 21-də “Özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru velosiped yürüşünə başlayıb.

O, avqustun 1-də Ankara şəhərinə çatıb. “Əsri” qəbristanlığına və Anıt Məzar Kompleksinə gedərək, Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürkün məzarlarını ziyarət etdikdən sonra yoluna davam edib.

Əli Həmzəzadənin yürüşdən məqsədi Güney Azərbaycanı tanıtmaq və Güney Azərbaycanda ana dillərində təhsil hüququndan məhrum azərbaycanlı uşaqlara türkcə kitab alıb vermək üçün imkan sağlamaqdır.

Həmzəzadə həmçinin yol boyu Türkiyə, Gürcüstan və Azərbaycanın təbiət görüntülərindən ibarət sənədli film hazırlamağı da qarşıya məqsəd qoyub. Onun məqsədi Azərbaycan və Türkiyə türklərinin qardaşlığını və birliyini göstərməkdir.

Azərbaycanın Əhər şəhərindən olan gənc azərbaycanlı velosipedlə yürüş boyu Azərbaycan, Türkiyə və Traxtur klubunun bayraqlarını daşıyır.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …