Abbas Lisaninin dosyesi BMT-nin İnsan Haqları Şurasının tələbilə həmin şuraya göndəriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İnsan Haqları Şurasının tələbilə irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Abbas Lisaninin dosyesi həmin şuraya göndəriləcək.

Eyni zamanda bununla bağlı ünvanlanan müraciətdə Cinayət Prosessual Məcəlləsinin 477-ci maddəsinə əsasən azərbaycanlı siyasi məhbusun məhkəmə işinə yenidən baxılması tələb edilir.

Abbas Lisaninin yaxınlarının verdiyi məlumata görə, Ərdəbildəki rejimin məhkəməsinin məsulları azərbaycanlı siyasi məhbusun məhkəmə işini tezliklə Tehrana göndəriləcəklər.

Avqustun 11-də Abbas Lisaninin ailə üzvlərinin yenidən Ərdəbil Məhkəməsinə müraciətindən sonra bəlli olub ki, onun məhkəmə işi artıq Tehrana göndərilib.

Onlara bildiriblər ki, Abbas Lisaninin məhkəmə işi BMT-nin İnsan Haqları Şurasının tələbi əsasında Tehrana göndərilib və bundan sonra iş İran Məhkəmə Sisteminin Xarici İnsan Haqları Bölməsi vasitəsilə BMT-nin İnsan Haqları Şurasına veriləcək.

Qeyd edək ki, “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti məsələ ilə bağlı hesabat yayınlamışdı.

Hesabatda qeyd olunmuşdu ki, 12 iyul-9 iyul tarixləri arasında keçirilən İnsan Haqları Şurasının 47-ci toplantısında insan haqları fəalları BMT-nin İranda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını müzakirə etmişdilər. Bununla əlaqədar İrandan izahat tələb olunmuşdu.

Abbas Lisaninin məhkəmə işinin İnsan Haqları Şurasına göndərilməsi İnsan Haqları Şurasının həmin izahat tələbi ilə bağlı olduğu ehtimal olunur.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …