Cümə , Sentyabr 11 2026
azfa

İrandan Zəngəzura yük aparan maşın dərəyə aşdı, sürücü öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrandan Zəngəzura yük aparan maşın dərəyə aşıb və maşının sürücüsü ölüb.

Yük maşınının Zəngəzurun Meğri şəhəri yaxınlığındakı Liçk kəndində dərəyə yuvarlandığı bildirilir.

Qəza günorta saatlarında, Meğri-İrəvan magistral yolunun 25-ci kilometrində baş verib.

Hadisə yerinə xilasedicilər yollanıb.

Bəlli olub ki, İrandan Ermənistana daxil olan qoşqulu yük maşını yolun hərəkət hissəsindən çıxaraq təxminən 500 metr hündürlükdən dərəyə düşüb. İran vətəndaşı olan sürücü hadisə yerində ölüb.

Həmçinin yoxlayın

Özbəkistan əlifbasını Türk dünyasının ortaq əlifbasına uyğunlaşdırır

GADTB: Türk dünyasında ortaq əlifbanın yaradılması məqsədi istiqamətində Özbəkistan mühüm addım atıb. Ölkə Senatının qəbul …

Xaricdə yaşayan soydaşlarımızın övladları üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

GADTB: Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə …