Şənbə , Aprel 25 2026
azfa

İbrahim Kalın: “Qarabağ zəfərilə həm Türkiyə, həm Azərbaycan, həm də bölgə üçün böyük qələbə əldə edildi”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın “Haber Global” televiziyasına müsahibəsində deyib: “Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur. 44 günlük mübarizədən sonra qazanılan Qarabağ zəfəri mübarəkdir”.

İ.Kalın 30 illik dondurulmuş münaqişənin keçən il Ermənistanın təcavüzkarlığı ilə müharibəyə çevrildiyini vurğulayaraq, nəticədə həm Türkiyə, həm Azərbaycan, həm də bölgə üçün böyük qələbə əldə edildiyini deyib:

“Bu proses zamanı Azərbaycan həmişə məsuliyyətlə hərəkət etdi. Təcavüzkar mövqe tutmadı, beynəlxalq hüquqa uyğun hərəkət etdi”.

Türkiyənin dəstəyi, əməkdaşlığı ilə “İki dövlət, bir millət” deyimini bir daha təsdiqlədiyini deyən İ.Kalın bu məsələdə Azərbaycan və Türkiyə Ordusunun, hər iki ölkənin nazirlərinin, xarici işlər nazirlərinin, prezidentlərinin çox böyük vaxt sərf etdiyini bildirib:

“Bu qələbəyə qədər proseslər dəqiqə-dəqiqə izlənildi. Asanlıqla qazanılmadı, şəhidlər verildi. Nəticədə böyük mübarizə ilə böyük bir qələbə əldə edildi”.

Türkiyə Prezidentinin sözçüsü onu da deyib ki, qələbədən sonra da mövzu bitmiş hesab edilmir:

“Hazırda azad edilmiş Qarabağın yenidən qurulması prosesi davam edir. Bir il keçdi, bir ildə qət edilən məsafəni görsəniz qürur duyardınız. Cənab Əliyev və onun bütün komandası bu istiqamətdə var qüvvəsilə çalışır”.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …