Çərşənbə axşamı , May 5 2026
azfa

İran rəsmisi erməni həmkarı ilə görüşdə Ermənistana dəstək verib Azərbaycan və Türkiyəyə qarşı çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejiminin xarici işlər naziri Əmir Abdullahian Tehranda keçirilən görüşdən sonra birgə mətbuat konfransında həm erməni həmkarı Ararat Mirzoyanı, həm də Ermənistanı ağız dolusu tərifləyib.

O, erməni həmkarı ilə son 20 gündə 3 dəfə görüşdüyünü və iki ölkə arasında münasibətlərin “konstruktiv” və günbəgün artmaqda olduğunu deyib.

Abdullahianın sözlərinə görə, Mirzoyanla görüşündə İranla Ermənistan arasında quru yolla yeni əlaqə yolu işlənib hazırlanıb.

“Biz iki ölkə arasında yük maşınlarının hərəkət etdiyi tranzit yollarını bərpa etmək yönündə yeni projə irəli sürdük və o, yaxınlarda tamamlanmaqla yanaşı, əməli addımlar atılacaq”, – deyə Tehran hökumətinin xarici işlər vəziri əlavə edib.

Abdullahian, habelə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, turizm və digər sahələrdə inkişaf etdirilməsini istəyib.

O, erməni həmkarı ilə görüşdə işğalçıları bu qədər təriflədikdən və onlarla əlaqələri genişləndirməkdən sonra yenə də üstüörtülü şəkildə Azərbaycan Cümhuriyyətinə qarşı sayıqlayaraq “regionun bəzi ölkələrində sionistlər və terrorçuların İranın ciddi narahatlığına” səbəb olduğunu iddia edib.

“Biz xaricdən müdaxilələrin bizimlə Azərbaycan Cümhuriyyəti də daxil olmaqla qonşularımız arasında münasibətləri korlamasına icazə verməyəcəyik. Mövcud şəraiti nəzərə alaraq demək lazımdır ki, bölgə heç bir halda artıq istəklərə dözməyəcək”, – deyə Abdullahiyan fikrini tamamlayıb./Azadiran

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …