Cümə axşamı , Aprel 30 2026
azfa

Güney Azərbaycanın Traxtur klubundan Azərbaycanla bağlı maraqlı paylaşım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, On milyonlarla türkün sevimli olan “Traxtur” futbol klubu diqqət çəkən paylaşım edib.

Klubun rəsmi “Twitter” səhifəsində 1985-ci ildə çəkilən “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmindən paylaşım edilib.

Paylaşımda Qaçaq Nəbinin iranlı məmura  dediyi “Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz” sözləri yer alıb.

Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, “Biz Azərbaycanlıyıq” haştağı ilə paylaşılan rəyə “Tərəfimiz bəllidir əllərimizdən” sözləri də əlavə olunub.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …