Cümə axşamı , Oktyabr 29 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbriz zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi Təbrizdə yerləşən irqçi fars rejiminin ETTELAAT İdarəsindən Təbriz zindanına köçürülüb. Fəalın ailəsinin bildirdiyinə görə, azərbaycanlı fəalın dosyası isə 19-cu şöbəyə göndərilib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi fevral ayının 28-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən səhər tezdən işə gedərkən Təbriz şəhərindən yaxalanmışdır.

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi 2017-ci il avqust ayının 6-da Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdı. O, irqçi fars rejiminin Təbrizdə İnqilab Məhkəməsinin 3-cü şöbəsində qazı Baqirpur tərəfindən yalan ittihamlar yəni sistem əleyhinə təbliğ və İran rəhbərinə təhqirdə ittiham edilərək, 3 il həbsə məhkum edilmişdir. Əliməhəmmədi 3 illik həbs müddətini zindanda keçirəndən sonra keçən il avqust ayında sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın