İrqçi fars rejiminin məclisində qeyri-farsların təhqir edilməsinə cəza gündəmə gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rasistlərinin dünyada tayı-bərabəri görünməyən irqçiliyi və qeyri-farsları təhqir etmələri azərbaycanlı  millət vəkili Ruhulla Həzrətpurun ciddi etirazına səbəb olub. Urmyalı millət vəkili məclisdə digər millət vəkillərini də qeyri-farsların təhqir edilməsini cinayət hesab etməyə dəvət edib.

Ruhulla Həzrətpur deyib ki, mən bir türk və hüquqçu kimi etniklərə təhqirin cinayət hesab edilməsi barədə qanun qəbul edilməsini istəyirəm.

Qeyd edək ki, bu ilk dəfədir məclisdə qeyri-farsların və etniklərin təhqiri məsələsi gündəmə gətirilir. İrqçi fars rejiminin himayəsi və təşviqi ilə türklərə qarşı təhqir geniş vüsət alıb. Artıq 100 minlərlə irqçi fars dünyada tayı-bərabəri görünməmiş irqçiliklə təşkilatlandırılmış şəkildə türkləri təhqir edir. Bəzi türk dövlətləri isə irqçi farslar tərəfindən türklərin kütləvi şəkildə təhqir edilməsinə etiraz etmək yerinə irqçi fars rejiminə loyal münasibət bəsləyir, hətta həmin rejimlə əməkdaşlıq edirlər.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın