Bazar ertəsi , Dekabr 30 2024
azfa

Beynəlxalq Əfv Təşkilatı BMT-ni benzin etirazlarını dərhal araşdırmağa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Beynəlxalq Əfv Təşkilatı bu günə qədər İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin üçqat bahalaşmasına qarşı keçirilən xalq etirazlarında 324 nəfərin öldürüldüyünü sübutlarla təsdiqlədiyini bildirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, təşkilat İran rəsmiləri və məsul şəxslərini etirazlarda öldürülənlərlə bağlı sənəd və məlumatları yaymağa çağırıb.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından dərhal aban (noyabr) qətliamı ilə bağlı araşdırma mexanizmi yaratmasını istəyib.

Beynəlxalq Əfv Təşkilatının yeni raporu göstərir ki, etirazlar zamanı İranın əmniyət gücləri tərəfindən öldürülənlər arasında 10 qadın, eləcə də 12-17 yaşlarında 21 oğlan, bir nəfər isə 8-10 yaşlarında qız uşağı da var.

Bununla belə, təşkilat bildirir ki, ölənlərin əksəriyyəti 20-30 yaşlarında insanlar olub.

Rapora əsasən, 4 nəfərdən başqa, qalan bütün etirazçılar Sepah, Bəsic və polis qüvvələrinin açdığı atəş nəticəsində ölüb. Güllələrin əksəriyyəti bədənin yuxarı hissəsi və baş nahiyəsinə dəyib. Bu isə İranın əmniyət güclərinin etirazçılara bilərəkdən öldürmək niyyəti ilə güllə atdığını göstərir.

Məlumatda qeyd edilir ki, ölkədə ən çox etirazçı 176 nəfər olmaqla Tehranın yoxsullar yaşayan bölgələrində öldürülüb. Etnik azlıqların çoxluq təşkil etdiyi Xuzestan, Kermanşah və Əlborz kimi bölgələr də ən çox etirazçıların öldüruldüyü vilayətlər arasındadır.

“Amnesty İnternational” hələ ki, yarısı Şəhriyar və Məlard bölgələrində öldürülən 61 etirazçının adını dəqiqləşdirə bilməyib. Təşkilat bildirir ki, ölənlərin sayı bundan dəfələrlə çoxdur. Lakin qurbanların ailələri təqiblərdən qorxduqları üçün bu barədə onlara məlumat verməkdən çəkinirlər.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında “Reuters” İranın hüquq mühafizə orqanlarında olan mənbələrə istinadən etirazlar zamanı 1500 nəfərdən çox insanın qətlə yetirildiyini bəyan etmişdi.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …