Cümə axşamı , Oktyabr 29 2026
azfa

Çinin uyğur türklərinə zülmü baykota səbəb ola bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Co Bayden bildirib ki, Çinin Uyğur türklərinə tətbiq etdiyi zülm, təzyiq və zorakılıq səbəbindən ABŞ-ın boykot variantları masadadır.

Başda Türkiyə və Qərb dünyası olmaqla, bir çox ölkənin diqqətini çəkən Çinin Uyğur türklərinə təzyiq, zorakılıq və şiddətinə qarşı ən sərt həmlə ABŞ-dan gəlib.

ABŞ Prezidenti Bayden bu səbəbdən Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarına diplomatik boykot tətbiq edilə biləcəyini bildirib.

Çinin Uyğur türklərinə tətbiq etdiyi təzyiqdən narahat olduğunu dilə gətirən Bayden deyib ki, bəhs etdiyi boykot qərarı ABŞ idmançılarına təsir etməyəcək, amma diplomatlar və rəsmilər bu tədbirlərə qatılmayacaq.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …