Çərşənbə , Oktyabr 21 2026
azfa

Təbrizin Traktor Zavodunun mühərrik istehsalı bölməsinin işçilərinin etirazı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Traktor Zavodunun mühərrik istehsalı bölməsinin işçilərini etirazını davam etdiriblər. Noyabrın 14-dən keçirilən etiraz mitinqi bu gün yenidən başlayıb.

İşçilərin işi tamamilə dayandırması və etiraz mitinqi keçirməsindən sonra şirkət ilə tələblərinin yerinə yetirilməsi ilə bağlı anlaşma əldə olunsa da, daha sonra heç bir sözə əməl edilməyib.

Tələblərinin yerinə yetirilməməsi üzündən etirazçılar bu gün, yəni noyabrın 20-də yenidən işi ayandıraraq etiraza davam etdiriblər.

Qeyd edək ki, etirazçıların maaşların artırılması, işlərin düzgün bölgüsü və məhsuldarlığın artırılması, Əmək Şurasının yaradılması, vəzifələrin və təqaüdə çıxmanın müəyyənləşdirilməsi kimi bir sıra tələbləri var.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …