Güney Azərbaycanda Süngün Mis Mədəninin işçiləri etiraz aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəninin iki min nəfər işçisinin tətil aksiyası davam edir.

Noyabrın 22-dən başlayan tətil aksiyası nəticəsində regionun ən böyük həmin mis mədənində işlər tamamilə dayanıb.

Etirazçılar həmçinin qanunsuz olaraq işdən qovulan 60 işçinin də işə bərpa olunmasını tələb ediblər.

Tətil aksiyasına qoşulan işçilərin aylıq əmək haqqı da olduqca aşağı yəni 5-7 milyon tümən arasındadır. Halbuki, son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılır.

Qeyd edək ki, noyabrın 21-də öncədən xəbər vermədən və kompensasiya ödənilmədən işdən çıxarılan, mədən ərazisinə girişlərinə qadağa qoyulan 60 işçi mis mədəninə yaxın kəndlərdə yaşayan azərbaycanlılardırlar.

Bundan öncə oktyabr ayının 4-ü və 24-də Süngün Mis Mədəninin işçiləri şirkət tərəfindən gecikdirilmiş əmək haqlarının verilməsi tələbləbilə aksiya keçirmişdilər.

İran rejimi həm Azərbaycanın sərvətlərini talayır və həm də sərvətlərin əsil sahiubi olan azərbaycanlıları kölə kimi istismar edir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …