Çərşənbə , Oktyabr 21 2026
azfa

Sayın Mikayil Oyta və Sara xanın Azərsun Türkiyənin Beynəlxaq Maarif Məktəbinin təməlqoyma mərasimində iştirak etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2021-ci il dekabrın 3-də Avstraliyanın Sidney şəhərində dövlət rəsmiləri və Azərbaycan diyasporasının rəhbərliyinin iştirakı ilə Türkiyənin Beynəlxaq Maarif Məktəbinin möhtəşəm təməlqoyma mərasimi keçirilib.

Mərasimə Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da dəvət olunub və iştirak ediblər.

Təməlqoyma mərasimi Avstraliyanın Sidney şəhərində Beynəlxaq Maarif Məktəbinin  başqanı sayın Necmi Uzun, Türkiyənin Böyük Elçisi sayın Korhan Karakoç, Türkiyənin Sidneydəki baş konsulu sayın Ali Sevimin təşkilatçılığı və iştirakı ilə keçirilib.

Mərasimə həmçinin çoxsaylı dövlət rəsmisi və millət vəkilləri, o cümlədən Avstraliyanın Yeni Cənubi Uels (NSW) Əyalət Parlamentinin millət vəkilləri Julia Finn və Linda voltz, Avstraliyanın kemiş Mühacirət Naziri, Yeni Cənubi Uels (NSW) əyaləti Liberal Partiyasının sədri cənab Philip Ruddock, Yeni Cənubi Uels (NSW) əyalət Parlamentinin millət vəkilləri Stive Kamper və Kristina Keneally, eləcə də Avstraliya Federal Dövlətindən digər rəsmilər iştirak ediblər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …