Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Qoşaçayda etiraz posterləri: “Urmu gölü susuzdu, millət oyanmasa uduzdu”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay şəhərində azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etiraz olaraq divarlara etirazı əks etdirən posterlər yapışdırıblar.

Azərbaycanlı fəallar dekabrın 3-də Güney Azərbaycanın Qoşaçay şəhərində küçələr və ictimai yerlərdə çox sayda posterlər yayıblar.

Bu yolla azərbaycanlı fəallar İran rejiminin qurutduğu gölün bərpasına laqeyd yanaşmasına etiraz ediblər.

Yayılan poosterlərin üzərində Urmiya gölünün acınacaqlı durumuna diqqət yönəltmək üçün “Urmu gölü susuzdu, millət oyanmasa uduzdu” şüarı yazılmışdır.

Qeyd edək ki, Güney Azərbaycanın Kərəc, Təbriz, Ərdəbil, Zəngan Urmiya və s. şəhərlərində son günlərdə oxşar etiraz aksiyaları keçirilib.

Həmçinin yoxlayın

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …