Şimali Koreyaya ABŞ-dan müsbət cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp  Şimali Koreyanın danışıqların keçirilməsinə dair təkliflərini  müsbət qiymətləndirib.  

“Görünür, Şimali Koreya pozitiv addımlar atmağa başlayıb”, – deyə Tramp Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq qalmasına dair bəyanatını şərh edərkən deyib.

“Cənubi Koreya və KXDR-dən gələn xəbərlər çox pozitivdir. Bu bütün dünya  üçün yaxşı olardı. Mən optimist olmaq istərdim”, – deyə o bildirib.

Qeyd edək ki, Cənubi Koreya hökumətinin yüksək səviyyəli nümayəndə heyəti 5-6 mart tarixində KXDR-ə səfər edərək Kim Çen Inla görüşüb. Tərəflər aprelin sonunda iki ölkə lideri arasında sammitin keçirilməsinə dair razılığa gəliblər. Bundan başqa KXDR ABŞ-la açıq dialoq aparmaq niyyətində olduğunu bildirib.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın