Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran azərbaycanlılara öz uşaqlarına türk adı qoyma qadağasını gücləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı vəkil və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlılara öz uşaqlarını türk adı qoymasına qarşı tətbiq etdiyi qadağaları gücləndirdiyini deyib.

Yusifi bu barədə özünün twitter hesabında yazıb: “Bu günlər İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki, hər gün onlarla insan Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsində şikayət verir. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır”.

Qeyd edək ki, İranın irqçi fars rejimi azərbaycanlı uşaqlara türk adlarına görə şəxsiyyət vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial şəbəkələrdə ictimailəşdirməyə məcbur olurlar.

Yalnız uzun mübarizədən sonra azərbaycanlı valideynlərin bəziləri öz övladlarına qoyduğu türkcə adlarla şəxsiyyət vəsiqəsi ala bilirlər.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …