Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Britaniyanın beyin mərkəzi: İranın ballistik raketləri bütün dünya üçün təhdiddir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi yeni hesabatında İranın ballistik raketlərinin bütün dünya üçün təhdid olduğunu yazıb.

Hesabatda İranın tam miqyaslı uzaqmənzilli raketlərini inkişaf etdirməsinin qlobal nəticələrə səbəb olduğu bildirilib.

Birləşmiş Ərəb Əmirliklərinin “Nationalnews” qəzeti martın 22-də sözügedən beyin mərkəzinə istinadən yazıb: “Əgər İran 2000 km-dən daha çox uzaqmənzilli raketlər hazırlayarsa, bu raketlərdən yalnız adi partlayıcı yüklərin daşınması üçün istifadə ediləcəyi ehtimalı azdır. Çünki onların Amerika və Avropa ölkələrinə çox az çəkindirici təsiri olacaq”.

Bunun əvəzinə, beyin mərkəzinin fikrincə, İran rejimi çox güman ki, bu cür raketləri “nüvə başlıqları” daşıyacaq şəkildə dizayn edəcək ki, bu da daha yüksək çəkindirici təsir göstərəcək. Odur ki, İranın uzaqmənzilli raketlərinin sonda Avropa və ya Amerikanı vuracağı ilə bağlı narahatlıqlar əsaslı və haqlıdır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …