Tanınmış azərbaycanlı yazıçı Rza Bərahəni vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Kanadada mühacirətdə yaşayan tanınmış azərbaycanlı yazıçı və şair Rza Bərahəni vəfat edib.

Bu barədə yazıçının oğlu Oktay Bərahəni sosial şəbəkələrdə məlumat paylaşıb.

 Oktay Bərahəni atasının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirb.

Güney Azərbaycanın Yazıçılar Birliyinin üzvü olan Rza Bərahəni, senzura və söz azadlığına qarşı qoyulan qadağalara etiraz etdiyi üçün Pəhləvi və molla rejiminin təzyiqləri ilə qarşılaşmışdı.

Bərahəni xatirələrində hələ Pəhləvi rejimi dövründən Azərbaycan türkcəsinə görə təzyiqlərlə qarşılaşdığını xatırladaraq yazırdı: “6 yaşımda birinci sinifdə oxuduğum vaxt türkcə inşa yazdığım üçün müəllim inşa yazdığı vərəqi zorla mənə yedirdi”.

Çox sayda şer, roman müəllifi olan Rza Bərahəni daha çox “Razhaye sərzəmine mən” (Yurdumun sırları) romanı ilə dünyada məşhurlaşıb.

Təbriz şəhərindən olan azərbaycanlı yazıçı uzun müddət idi Kanadada mühacirətdə yaşayırdı. O bir müddət idi müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirilmişdi və 86 yaşında dünyasını dəyişib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …