Beynəlxalq Əfv Təşkilatı: İbrahim Rəisi 1988-ci il qətliamına görə məsuliyyətə cəlb olunmaq əvəzinə prezident oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının son hesabatında qeyd olunub ki, İran prezidenti İbrahim Rəisi 1988-ci il edamları ilə bağlı istintaqa cəlb edilmək əvəzinə prezident olub.

Təşkilatın martın 29-da dərc edilən son raporunda Rəisinin başçılığı altında 1988-ci il edamları xüsusilə vurğulanıb.

154 ölkədə insan haqlarının vəziyyətini araşdıran bu hesabatda İranda dinc etirazları yatırmaq üçün gücdən istifadə, İran vətəndaşlarının öz haqlarını tələb etdiklərinə görə həbsə atılması, etnik və dini azlıqlara qarşı ayrı-seçkilik və digər məsələlərə yer verilib.

 Raporda eyni zamanda bir neçə ay öncə İranın İsfahan şəhərində baş verən su problemi ilə bağlı kütləvi etirazlardan da bəhs edilib.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …