İran rejimi Təbrizdə tarixi Rəbi Rəşidini baxımsız vəziyyətdə dağıtmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizdə tarixi Rəbi Rəşidini abidəsini baxımsız vəziyyətdə dağıtmağa çalışması barədə video yayılıb.

Təbriz şəhər sakini tərəfindən sosial şəbəkələrdə yayılan videoda Rəbi Rəşidi tarixi kompleksinin baxımsız vəziyyətdə olduğu görünür

Videonu çəkən şəxs İran hökumətinin Azərbaycan memarlığı üslubunda tikilmiş bu tarixi kompleksi baxımsız vəziyyətdə saxlamasını tənqid edib.

Təbrizin Abbasi məhəlləsində yerləşən bu tarixi abidə Təbrizdə təxminən 700 il öncə Rəşidəddin Fəzlullah Həmədaninin adına yaradılmış bir növ universitet və elm mərkəzi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, İran rejimi qəsdən Azərbaycanın tarixi abidələrinə qarşı ögey münasibət göstərməklə onların tədrici şəkildə məhv olmasına şərait yaradır.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …