Cümə , İyun 26 2026
azfa

Urmiya gölünün qurudulması nəticəsində Təbrizdə duz fırtınası meydana gəlib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz və ətraf ərazilərdə Urmiya gölünün qurudulması nəticəsində dəhşətli duz fırtınası baş verib.

Lakin Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Davud Qasımzadə ekoloji problemlə bağlı xəbərdarlıq edərək toz fırtınası nəticəsində şəhərin havasının yüksək dərəcədə çirkləndiyini bildirib.

Qasımzadə son illərin quraqlığı, ətrafdakı  göllərin quruması, mədənlərin qeyri-standart istismarı, yarıçmıq qalan yol və tikinti layihələrinin şəhərdə toz fırtınasının daha da şiddətləndiyinə səbəb olduğunu söyləyib.

Duz fırtınasını müşahidə edən mütəxəssislər Təbrizdə duz fırtınasının baş verdiyini, bunun səbəbinin isə Urmiya gölünün qurumuş hissələrinin duzuna aid olduğunu bildirirlər.

Onlar Urmiya gölündən başlayan duz fırtınalarının 500 ilometr məsafəyə qədər çatdğını və milyonlarla insanın həyatını təhlükə qarşısına qoyduğunu, əkin sahələrinin yararsız duruma düşəcəyini bildirirlər.

Qeyd edək ki, irqçi fars rejimi Urmiya gölünü qurutmaqla Güney Azərbaycanı ciddi ekoloji fəlakətlə qarşı-qarşıya oyub.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …