Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiya gölünə tökülən çayların qarşısı kəsildiyi üçün göl sürətlə quruyur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Urmiya gölünə tökülən çayların qarşısını aldığı üçün göldə ciddi ekoloji fəlakət meydana gəlir.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari Urmiya gölündə ekoloji problemin dahada dərinləşdiyini deyib: “Bu il də mövcud tendensiyanın davam etməsi ilə Urmu gölünün cənub hissəsini itirəcəyik”.

Bundan öncə gölün bərpası ilə bağlı ümidlərin çoxaldığını deyən Cabbari, yağıntıların azalması, bərpa işlərinin axsaması və gölə buraxılmalı olan su payının verilməməsinin durumu yenidən çətinləşdirdiyini bildirib.

Urmiya gölünün su həcmi və sahəsinin ötən ilin oxşar dövrü ilə müqayisədə önəmli dərəcədə azaldığını deyən Höccət Cabbari 3.4 milyard kubmetr olan illi su payının yalnız 700 milyon kubmetrinin gölə buraxılmasını onun bərpasına heç bir təsir göstərməyəcəyini söyləyib.

Gölün bərpası işlərinin praktiki olaraq dayandırıldığını deyən Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini bunu insan qüvvəsi və lazim olan büdcənin ayrılmaması ilə əlaqələndirib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …