Bazar , Oktyabr 25 2026
azfa

Müəllim Günü münasibətilə Təbrizdə uşaqlara türkcə kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəallar mayın 3-də Müəllim Günü münasibətilə uşaqlara türkcə kitablar və professor Zehtabinin posterini paylayıblar.

Dünən azərbaycanlı fəallar İran rejiminin Azərbaycan türkcəsini qadağan etməsinə etiraz olaraq türkcə kitablar paylamaqla yanaşı tanınmış azərbaycanlı alim və tarixçi professor Məhəmmədtazğı Zehtabinin qısa tərcümeyi-halını əks etdirən posterlər də paylayıblar.

Qeyd edək ki, Güney Azərbaycanda azərbaycanlı fəallar müxtəlif münasibətlərlə bağlı azərbaycanlı uşaqlara türkcə kitablar paylayırlar. Bu dəfə həm də professor Məhəmmədtağı Zehtabinin (Kirişçi) posterlərini paylayıblar. Professor Məhəmmədtağı Zehtabi türk dili, ədəbiyyatı və tarixi ilə bağlı çox saylı araşdırma və əsərlərin müəllifidir.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın ikinci doğum günü həbsdə – Mübariz fəalın ailəsindən duyğusal məktub

GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşar ikinci ildir ki, doğum gününü Evin həbsxanasında keçirir. …

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …