Bu gün Güney Azərbaycanda May Qiyamının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanda May qiyamında 16 il ötür.

Məhmud Əhmədinəjadın prezident olduğu dövrdə 2006-cı il may ayında irqçi fars molla rejiminin rəsmi orqanı “İran” qəzetinin uşaqlar səhifəsində tarakan böcəyi karikaturası çap edilərək azərbaycanlılar həmin böcəyə oxşadıldı. Dünyada tayı-bərabəri görünməmiş şəkildə birimperializm tərəfindən hakimiyyətə gətirilmiş bir etnikin böyük bir milləti ən iyrən vasitələrlə təhqir etməsinə şahid olduq. Bu irqi təhqir fars zülmü və irqçiliyinə qarşı Güney Azərbaycanın bütün şəhərlərində etirazlara səbəb oldu.

İlk öncə azərbaycanlı öyrəncilər müxtəlif universitetlərdə etirazlara qalxdı. Ardınca Azərbaycanın bütün şəhərlərində əhali etirazlara qoşuldu. Lakin irqçi və cinayətkar fars-molla rejimi Azərbaycan türk millətindən üzr istəmək yerinə bir daha öz heyani sifətini göstərib və dinc etirazlara silahla qarşılıq verdi.

Etirazlarda milyonlarla insanın birlik numayiş etdirib dünyanı heyrətləndirdi. Minlərlə azərbaycanlı rejim tərəfindən həbs edildi və onlarlıa azərbaycanlı gənc şəhid edildi.

İrqçi fars-molla rejimi bir daha Azərbaycan türk millətinin iradəsini sındıra bilməyəcəyinə əmin oldu.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …