Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Güney Azərbaycanın Təbriz və Zəngan şəhərlərində işçilər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə “Azərşüşə” şirkətinin işçiləri əmək haqlarının verilməməsinə etiraz olaraq etiraz aksiyası keçiriblər.

Təbrizdə zavodun qarşısına toplaşan narazı işçilər əmək haqlarının az olduğuna da etiraz ediblər. İşçilər əmək haqqı ilə yanaşı digər ödənişlərin də verilmədiyini bildiriblər.

Şirkət rəhbərliyinin problemlərin həlli və əmək haqlarının ödənilməsi ilə bağlı verdiyi vədlərin heç biri yerinə yetirilmədiyi üçün işçilər yenidən işi dayandırıb və aksiya keçirməyə məcbur olublar.

Həmçinin Zənganın Telekommunikasiya İdarəsinin işçiləri əmək haqlarının ödənilməməsinə etiraz olaraq aksiya keçiriblər.

İdarə qarşısına toplaşan işçilər əllərində “Əmək haqlarının davamlı gecikdirilməsi qanunsuzdur” şüarı yazılmış plakatlar qaldırıblar.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …