Bazar ertəsi , Avqust 24 2026
azfa

Təbrizdə yanğınsöndürənlər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində iyunun 7-də yanğınsöndürənlər etiraz aksiyası keçirib.

Etiraz edən yanğınsöndürənlər əmək haqlarının aşağı olmasına etirazlarını bildiriblər.

Təbrizdə bələdiyyə binasının həyətinə toplaşan narazılar işçilər inflyasiyanın artmasına baxmayaraq onların əmək haqlarının yalnız 10% artırılmasını özlərinə qarşı təhqir hesab etdiklərini deyiblər.

Yanğınsöndürənlər əllərində plakatlar qaldırmaqla, məişət problemlərinin həlli üçün verilən vədlərin özünü doğrultmadığını, hüquqlarının pozulduğunu bildiriblər.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …