Bazar ertəsi , Avqust 24 2026
azfa

İran rejimi Təbrizdə azərbaycanlı fəal Cəfər İsmayılzadəni yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 7-də Təbrizdə azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə İranın terrorçu Sepah təşkilatının məmurları tərəfindən öz evinin qarşısında yaxalanıb.

Fəalın yaxınlarının məlumatına görə, rejimin terrorçu Sepah qüvvələri milli fəalın evində axtarış aparıb, ona məxsus yaddaş kartlarını və oğlu Miladın (Atilla) mobil telefonunu da özləri ilə götürüblər.

Qeyd edək ki, bundan əvvəl Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar.

2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat fəaliyyəti”ndə ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı, beynəlxalq yarışlarda medallar qazanıb.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …