Yunanıstan Türkiyə ilə müharibəyə hazırlıq görür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklər qazmağa başlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Yunanıstan Türkiyə ilə quru sərhədini bu xəndəklərlə “bağlamağı” planlaşdırır: “Meriç çayı istiqamətində çoxsaylı inşaat texnikası cəlb edilib, təcili işlər aparılır”.

“Euronenews”un yunan xidməti sərhəddə aparılan işlərlə bağlı fotolar yayımlayıb.

Məlumata görə, Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklərin qazılması layihəsi hələ 2010-cu ildən mövcud olub. Lakin son gərginlik fonunda bu istiqamətdə işlər sürətlənidirilib.

Yunan mediası işlərin bir neçə ay ərzində başa çatdırılacağını yazır. Xəndək 135 kilometr uzununda, 32 metr enində, 7 metr dərinlikdə olacaq.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …